Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ağcabədidə əmi qardaşı oğlunu güllələyib

Tarix: 20-10-2020 11:11     Baxış: 3206 A- / A+
Ağcabədidə əmi qardaşı oğlunu güllələyib


Oktyabrın 19-da, saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanmış tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar