Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Maşallah Əhmədov məhkəməyə 45 min manat gətirdi: "Zorla tapmışam..."

Tarix: 25-01-2017 15:29     Baxış: 4328 A- / A+
 Maşallah Əhmədov məhkəməyə 45 min manat gətirdi:



Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov vaxt istəyib.

Sonuncu prosesdə məhkəmə Maşallah Əhmədova 30 dəqiqə vaxt vermişdi. Bu müddət ərzində zərərçəkmiş Yusif Əzizovla razılığa gələn M.Əhmədov məhkəmədən dəymiş zərəri ödəmək üçün bir gün vaxt istəmişdi. Yusif Əzizova 128 min manat borclu olan Əhmədov pulun 50 minini verə biləcəyini deyib.

Yanvarın 25-də baş tutan məhkəmədə isə Maşallah Əhmədov yenə vaxt istəyib. O, yanında 45 min manat gətirdiyini və zərərçəkmiş Yusif Əzizova vermək istədiyini deyib: "Mənə ayın 30-na qədər vaxt verin, fikirləşim. Pul tapmaq asan deyil. Bu pulları da zorla tapmışam. Kimsə Yusifi öyrədib, ona görə də bizdən bu qədər pul tələb edir".

Y.Əzizov isə həmin məbləğlə razılaşmadığını söyləyib.

Məhkəmə Maşallah Əhmədova sonuncu dəfə vaxt verib. Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Xatırladaq ki, prokuror M. Əhmədovun törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar