Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafanın sabiq icra başçısı və müavininin həbs müddəti uzadılıb

Tarix: 06-10-2020 15:37     Baxış: 3181 A- / A+
Ağstafanın sabiq icra başçısı və müavininin həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun həbs müddəti uzadılıb.
Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmədə hər iki təqsirləndirilən şəxs barəsində istintaq orqanın təqdimatına baxılıb.


Məhkəmənin qərarına əsasən, Nizaməddin Quliyev və Ramiz Tatarovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Qeyd edək ki, sabiq icra başçısı və onun müavini ötən ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar. Onların xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.(apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar