Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində YENİ QƏRAR

Tarix: 23-09-2020 09:51     Baxış: 3226 A- / A+
Bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində YENİ QƏRAR

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Manevr.az-ın məlumatına görə, keçirilən prosesdə təqdimat təmin edilib. Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar