Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda ər arvadını moteldə QƏTLƏ YETİRDİ

Tarix: 03-09-2020 10:16     Baxış: 3501 A- / A+
Bakıda ər arvadını moteldə QƏTLƏ YETİRDİ


Sentyabrın 3-də gecə saat 2-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində Binəqədi rayon sakini Şəhanə Şamilovanın icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan daxil olan məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaqla zərərçəkmişin əri Murad Şamilovun qeyd edilən moteldə icarəyə götürdükləri otaqda şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Şəhanə Şamilovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Şamilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar