Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

51 nəfəri öldürən, 40 nəfəri yaralayan terrorçuya hökm oxundu

Tarix: 27-08-2020 09:18     Baxış: 4227 A- / A+
51 nəfəri öldürən, 40 nəfəri yaralayan terrorçuya hökm oxundu


15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Manevr.az xəbər verir ki, bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.

“Sizin cinayətiniz o qədər bağışlanmazdır ki, ölənə qədər həbsdə qalsanız da, bu, tələb olunan cəzanı ödəyə bilməz. Siz mərhəmət etmədiniz, siz yalnızca qatil deyilsiniz, həm də terrorçusunuz. Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etməyi hədəflədiniz”, - məhkəmənin hakimi Kemeron Mander hökmü oxuyarkən belə deyib.

Hökm elan olunduqdan sonra Tarrant verilən cəzaya etiraz etmədiyini bildirib. Onun cəzasını Oklend həbsxanasında çəkəcəyi gözlənilir.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Tarranta verilmiş cəzanı alqışlayaraq, onun günahını “dəhşətli və utancverici hərəkət” adlandırıb. Həmçinin ehtimal olunur ki, ölkənin Nazirlər Kabineti məhkum edilmiş şəxsin öz vətəninə - Avstraliyaya deportasiya olunmasına və cəzasını orada davam etdirməsinə imkan verəcək qərar qəbul edə bilər.

Xatırladaq ki, məsciddə müsəlmanlara qarşı törədilmiş terror hücumu nəticəsində 51 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar