Sizin Reklam Burada
Xəbər lenti
16-06-2026
15-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kriminal avtoritet tutuldu

Tarix: 26-08-2020 13:44     Baxış: 4244 A- / A+
Azərbaycanda kriminal avtoritet tutuldu


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Manevr.az
xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər Azərbaycan, Rusiya və Gürcüstanda dəfələrlə məhkum olunmuş, kriminal aləmdə “Krıtı Malış Gəncəli” ləqəbi ilə tanınan 42 yaşlı Zaur İsmayılov şəhər ərazisindəki çayxanaların birində saxlanılaraq, Kəpəz Rayon Polis İdarəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd, atəşə yararlı, kustar üsulla hazırlanmış, “naqan” tipli revolver tapança, həmin tapançanın barabanından isə dörd ədəd atəşə yararlı 9 mm kalibrli “Makarov” tipli tapançanın patronları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Krıtı Malış Gəncəli” gürcü avtoritet Mindiya Qoradze ilə bir yerdə həbsdə yatıb və onunla yaxın əlaqələri olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar