Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Maşında mənim şalvarımı da çıxartdılar" - Nardaran hadisəsində təqsirləndirilənlərin məhkəməsi

Tarix: 17-08-2016 23:20     Baxış: 3321 A- / A+
"Maşında mənim şalvarımı da çıxartdılar"

Avqustun 17-də “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, hərəkatın 16 üzvü və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Musavat.com xəbər verir ki, bu günkü proseslə təqsirləndirilən şəxslərin sərbəst ifadə vermə mərhələsi başa çatıb.

Prosesdə əvvəlcə “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov əlavə ifadə verib.
O, bu dəfəki ifadəsində də Nardaranda keçirilən əməliyyatdan sonra işgəncələrə məruz qaldığını iddia edib: “Bizi mebel maşınına atandan sonra soruşdular ki, "Taleh kimdi?" Üzümü çevirdilər, bu məqamda elə bir zərbə vurdular ki, burnumun sklet sümüyü sındı. Əllərim arxadan bağlı vəziyyətdə yerə uzatdılar. Biri ayağını belimə qoyub, çiyinlərimdən tutub arxaya dartırdı. İki dəfə dartdı, belimi sındıra bilmədi”, - deyə T.Bağırov qeyd edib.
O, ötən məhkəmə iclaslarındakı çıxışları zamanı bəzi məqamlara toxunmadığından əlavə çıxış etdiyini söyləyib.

Onlara işgəncələr verildiyini deyən T.Bağırzadə bunları danışıb: “Elə hərəkətlər ediblər ki, məhkəmə zalındakı ana-bacılar əyləşdiyinə görə demək olmur. Təsəvvür edin, maşında mənim şalvarımı da çıxartdılar. Yaxşı ki, alt şalvarım vardı, onu da çıxarmaq istəyəndə, aralarından biri qoymadı. Maşında məni döyəndə biri dedi ki, sağ lazımdı. Elə vəziyyətə düşmüşdüm ki, özüm də ölmədiyimə təəccübləndim. 2-3 gündən sonra prokurorluğun müstəntiqi gəlib məni görəndə qorxdu”...

Nardaran hadisələrinin Milli Şura tərəfindən törədilməsini deməsi üçün işgəncələr gördüyünü iddia edən T.Bağırzadə Əli Kərimli və Cəmil Həsənlinin adını çəkib və onlara qarşı ifadə verməsinin tələb edildiyini söyləyib.

Təqsirləndirilən Abbas Hüseynov da əlavə ifadə verib. O da əlavələrində işgəncələr gördüyünü deyib.

Təqsirləndirilən Aqil İsmayılov məruz qaldığı işgəncələr nəticəsində görmə qabiliyyətini itirdiyini iddia edib və bildirib ki, burun nahiyəsinə aldığı zərbədən sonra çətinliklə nəfəs alır.

“Elə həddə çatdım ki, kamerada Raminə (təqsirləndirilən Ramin Yəhyayevi nəzərdə tutur) vəsiyyətimi elədim, özümü öldürmək istəyirdim. Son anda Allahdan qorxdum, intihar edə bilmədim", - deyə o, iddia edib.

Məhkəmə iclasında həmçinin təqsirləndirilən Cabbar Cabbarov ifadə verib. O da işgəncələr altında yalan ifadələrə imza atdığını iddia edib.

C.Cabbarovun ifadəsilə təqsirləndirilən 17 nəfərin dindirilməsi başa çatıb.
Məhkəmə avqustun 18-də davam etdiriləcək. Prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan polislərin ifadə verəcəyi gözlənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar