Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kirayənişin otaq yoldaşını öldürdü

Tarix: 28-07-2020 13:20     Baxış: 8198 A- / A+
Bakıda kirayənişin otaq yoldaşını öldürdü


İyulun 27-də paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərəçəkmiş şəxslə eyni ünvanda kirayədə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Əliyev Kamran Barat oğlunun tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri tədbirlər davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar