Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

DİN-dən icra başçısının polis oğlunun cəzalandırılması barədə AÇIQLAMA

Tarix: 18-06-2020 21:45     Baxış: 4254 A- / A+
DİN-dən icra başçısının polis oğlunun cəzalandırılması barədə AÇIQLAMA

“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”.

Manevr.az xəbər verir ki, bunu “report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib:

“Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar