Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bıçağı qardaşımın boğazına çəkdim, dünyam qaraldı - VİDEO

Tarix: 02-06-2020 19:45     Baxış: 4213 A- / A+
Bıçağı qardaşımın boğazına çəkdim, dünyam qaraldı - VİDEO


ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1966-cı il təvəllüdlü, Gədəbəy rayonu Hacılar kəndində dünyaya gələn Vəliyev Şahbaz Əmiraslan oğlu öz həyat hekayəsini danışıb.

Vəliyev Şahbaz Əmiraslan oğlu – Məhkum (Cəzası 11il): Atam, anam rəhmətə gedəndən sonra vəziyyətimiz yaxşı olmadı. Qardaşımla problem yaşadım. Özümdən də çox istədiyim qardaşıma ev də verdim, ailəmi də dağıtdı. Çəkilib bir kənarda yaşayırdım amma yenə məndən əl çəkmirdi. Deyirdim get özün üçün yaşa.

Kaş özümdə qüvvə tapıb gedib polisə müraciət edəydim, onu vurmazdım. Əmimə, dayıma yalvarırdım ki, gəlin bu problem həll edin, yoluna qoyun amma qoymadılar. Axırda gəldi mənə bir təpik, iki təpik vurdu yalvardım eşitmədi məni. Axırda yekə külqabını götürüb başıma vurmaq istəyəndə bıçaqla üzünə bir xətt çəkmək istəyirdim ki, aralaşsın, gedib məni bıçaqla həsb etdirsin, şərləməsin məni. Bıçağı bir-iki dəfə çəkdim, üçüncüdə üzünə çəkmək istəyəndə boğazına dəydi.

50 dəfə yalvardım, üzr istədim, qardaş bağışla dedim amma gec idi. Dünya başıma fırlandı.

Qardaşımı mən özümdən çox sevirdim. Hamıya nəsihət verirdim ki, şər xətadan, cinayətdən, qardaşımdan uzaq olun. Bu dəfə qardaşım məni elə yerdə, içkili vəziyyətdə yaxaladı, elə söyüşlər söydü ki, cinayətdən yan qurtula bilmədim. Əsəbimi cilovlaya bilmədim, əlimi bıçağa atdım, dünya gözümdə qaraldı.

Hadisəni törədəndən sonra bütün tanışlar, qohumlarla görüşüb özüm gedib polisə təslim olmuşam, törətdiyim hadisəni danışmışam. Amma hadisəni törədəndə o ölməmişdi. İçəridə olanda xəbər gəldi ki, ölüb.

Qohum, qonşu, ağsaqqal, ağbirçək vaxtında çıxıb bizi danlasaydı, bu hadisə baş verməzi, amma heç kim çıxmadı.
3 övladım var, bacılarım yanıma gəlirlər”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar