Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub

Tarix: 07-01-2017 13:38     Baxış: 4195 A- / A+
Lənkəranskinin qatillərindən biri İŞİD-çi olub


Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi (“Rövşən Lənkəranski”) güllələyən killerlərdən biri İŞİD üzvü olub.

Manevr.az xəbər verir ki, bu barədə “Sputnik” agentliyi “kriminal dairələrdəki mənbəyə” istinadən bildirir. Mənbə təsdiq edir ki, “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində “Lənkəranskini o dünyaya göndərdiyi” barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.

Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli olmadığını deyirlər. Onu da deyirlər ki, “Rəşad Gəncinski” Lənkəranskinin öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə “Piter Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal avtoritetin, o cümlədən “Lotu Quli”nin də əli var.

Maraqlıdır ki, “Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma “Talış-Muğan respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.

Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer sanballı pul qazanmaq üçün bunu edib.

Qeyd edək ki, son vaxtlar “Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar