Xəbər lenti
Şəmkirdə taksi sürücüsü 27 yaşlı arvadının boğazını kəsdi - TƏFƏRRÜAT - YENİLƏNİB - ŞƏKİLLƏR

Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Manevr.az apa-ya istinadən bildirir ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.
Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.
Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.
Xəbərə fotolar da əlavə olunub.
----------
13:13
Şəmkirdə həyat yoldaşını qətlə yetirən 29 yaşlı Mübariz Məmmədov saxlanılıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Posanlı yaşayış massivində ailə münaqişəsi zəminində həyat yoldaşı - 27 yaşlı Nailə Allahyar qızı Məmmədovanın boğazını kəsərək qətlə yetirən M. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
M.Məmmədov rayonda taksi fəaliyyəti ilə məşğul olur.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar