Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda oğlan bacı-qardaşını öldürmək istədi

Tarix: 17-03-2020 13:13     Baxış: 4143 A- / A+
Bakıda oğlan bacı-qardaşını öldürmək istədi


Xəzər rayonunda bacı və qardaşını öldürməyə cəhddə təqsirli bilinən İlham Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan, əvvəllər məhkum olunan İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.
Bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılıb.
Saxlanılan zaman İ.Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar