Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Mahmudov çıxarılan günün səhəri sənədləri məhv etdim” - İdarə rəisi

Tarix: 30-12-2016 20:56     Baxış: 3214 A- / A+
“Mahmudov çıxarılan günün səhəri sənədləri məhv etdim”


Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.

“Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, təqsirləndirilənlərdən biri, Füzuli Əliyev ifadə verərək bildirib ki, sabiq nazir Eldar Mahmudov vəzifədən çıxarılan gün icazəli olsa da, axşam saatlarında bu xəbəri eşidib nazirliyə qayıdıb: “17 oktyabr 2015-ci il tarixdə saat 11.00 radələrində iş yerimə gələrək xidməti otağında oldum, lakin sonradan bir neçə gün səhhətimlə bağlı problemlərlə əlaqədar Baş idarənin rəisindən icazə alaraq evə getdim. Axşam vaxtı televiziyadan Milli təhlükəsizlik nazirinin işdən azad olması barədə xəbəri eşitdikdən sonra, IV Baş idarənin rəis müavini və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyimə görə iş yerimdə olmağımı zəruri hesab etdim. Səhhətimdə problemlər olmasına baxmayaraq saat 21.00 radələrində iş yerinə gəldim və təxminən 1 saatdan sonra evə qayıtdım”.

F.Əliyev xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub, həmin növ sənədlər ona aid olduqda xidməti otağında olan seyfdə saxlayıb: “Onların taleyi nazirlikdə qüvvədə olan kargüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənirdi. Mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər var. 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağıma gəldim. Otaqda səliqə-səhman yaratmaq üçün məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salaraq məhv etdim”.

Füzuli Əliyev digər təqsirləndirilənlər Zaur Məmmədov və Natiq Alıyevlə yaxın dost olduğunu deyib: “Onlar uzun müddət mənim tabeliyimdə işləyiblər. İstifadəmdə xidməti "Hyundai Elantra", nikel-gümüş rəngli "Makarov" tipli xidməti silah olub”.

F.Əliyev MTN-nin inzibati binasının yaxınlığında yerləşən "Sultan" kafesinə çörək yeməyə getdiyini bildirsə də, həmin kafenin zalını və kabinetini başqa məqsədlər üçün istifadə etmədiyini bildirib. İttihama görə, cinayətlərin bir çoxu, insanlara hədə-qorxu gəlmək və bu yolla tələb olunan pulların qəbul edilməsi həmin kafedə reallaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar