Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş icra başçısının oğlu həbs olundu

Tarix: 12-02-2020 23:17     Baxış: 5168 A- / A+
Keçmiş icra başçısının oğlu həbs olundu

Fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 39 yaşlı Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlu keçmiş arvadı 38 yaşlı Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.

Baş Prokurorluqdan verilən məlumaat görə, faktla əlaqədar YasamalrRayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq C.Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.

Fevralın 3-də C.Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Aparılmış istintaqla C.Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib.

D.Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, Ceyhun Bəhmənov Şuşanın keçmiş icra başçısının oğludur.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar