Xəbər lenti
Azərbaycanda DƏHŞƏT: Oğul anasına çoxlu bıçaq zərbəsi vurdu

Abşeron rayonunda oğul anasını bıçaqlayıb.
Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib. Onun sözlərinə görə, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 55 yaşlı Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 24 yaşlı Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hazırda S.Nəqiyevanın vəziyyəti ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicəsi davam etdirilir.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar