Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış meyxanaçı "Şərurlu İsfəndiyar"a qarşı dələduzluq edən şəxsin məhkəməsində ifadə verib

Tarix: 26-12-2016 17:30     Baxış: 4311 A- / A+
Tanınmış meyxanaçı "Şərurlu İsfəndiyar"a qarşı dələduzluq edən şəxsin məhkəməsində ifadə verib


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Priəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda tanınmış meyxanaçı Elşən Xəzər (Elşən Qürbətov) ifadə verib.

E.Xəzər dindirilərkən bildirib ki, A.Pirəliyevlə yaxın münasibətləri olub, mənzili onun vasitəsi ilə alıb: "Mən binaya yoxlama gələndə sənədləri verdim, onlar yoxladılar. Ödənişləri göstərən çekləri də təqdim etdim. Sənədlər qaydasında idi. Mənzilin orderi var, amma kupçası yoxdur. Məni İsfəndiyar Axundovun özü də tanıyır. Pulu kimə verdiyimi xatırlamıram".

A.Pirəliyev E.Xəzərlə münasibətlərinin olduğunu, ancaq pulun tanışına verildiyini söyləyib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinir.

İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun adamı H.Əliyevlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar