Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

İşə düzəlmək istəyən qızı aldadıb evinə gətirdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Tarix: 14-01-2020 15:17     Baxış: 3134 A- / A+
İşə düzəlmək istəyən qızı aldadıb evinə gətirdi, sonra... - Azərbaycanda ŞOK OLAY

Bakıda zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az-ın xəbərinə görə, ailəli olan Xəqani Paşayev hazırkı cinayət işindən əvvəl də cinayət törədib. Başqa şəxsə bədən xəsarəti yetirdiyi üçün Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə mühakimə olunub.

Həbsdən azad edildi, ağır cinayət törətdi


Xəqani Paşayev Abşeron rayon Məhkəməsinin 3 mart 2016-cı il tarixli hökmü ilə 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən 15 iyun 2016-cı ildə amnistiya qaydasında cəzadan azad edilib.

Cəzadan azad olunan Xəqani Paşayev bir neçə ay sonra, yəni, həmin ilin dekabrında daha ağır cinayət törədib. O, paytaxtın Binəqədi rayonunda qadına təcavüz etməkdə günahlandırılıb.

Dayısının adı ilə aldatdı


Belə ki, Xəqani Paşayev dekabrın 10-da, saat təxminən 22 radələrində ona icarəyə götürdüyü “Gladiator” adlı çay evində işləmək üçün müraciət edən Vəfa Babayeva (ad və soyad şərti verilib – red.) yalandan dayısının məscidlərə nəzarət edən şəxs olmasını və onu sonuncunun yanında işə düzəldəcəyini bildirib.

Qadını kirayə qaldığı evə gətirdi


Xəqani Paşayev dayısı ilə iş barəsində birlikdə söhbət edəcəkləri adı altında aldadıb və Vəfa Babayeva ilə zorla cinsi əlaqədə olmaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Əlinin idarə etdiyi “Mercedes C 180” markalı avtomobillə kirayədə yaşadığı Binəqədi rayonu, Binəqədi şosesi, nömrəsiz fərdi evə gətirib.

Təcavüzə məruz qalan qadın polisə üz tutdu


Xəqani Paşayev Vəfa ilə içəri girəndən sonra ona qarşı zorakılıq edib. O, Vəfanın qolunu buraraq zor tətbiq etməklə həmin evin yataq otağında olan çarpayıya üzü üstə uzadıb.

Daha sonra Xəqani Paşayev əynində olan bütün paltarları zorla çıxararaq sonuncuya ağır xəsarət yetirib. Sonra Vəfa ilə zorla cinsi əlaqədə olub.

Vəfa Babayeva təcavüzə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Xəqani Paşayev həbs edilib.

5 il 6 ay cəza


İstintaq orqanı tərəfindən Xəqani Paşayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəqani Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xəqani Paşayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəqani Paşayevin şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Xəqani Paşayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Xəqani Paşayevin kasasiya şikayəti də təmin olunmayıb.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar