Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Jurnalistin qətlində təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib

Tarix: 13-01-2020 22:12     Baxış: 3186 A- / A+
Jurnalistin qətlində təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib


Tədqiqatçı jurnalist Yan Kuçiakın və nişanlısı Martina Kuşnirovanın qətlindən təxminən iki il sonra cinayətdə təqsirləndirilən şəxs gözlənilmədən qətli törətdiyini etiraf edib.

İndiyədək təqsirsiz olduğunu iddia edən və istintaq təcridxanasında saxlanılan M.Miroslav jurnalisti və nişanlısını baş və sinə nahiyələrinə odlu silahla atəş açaraq qətlə yetirdiyini boynuna alıb. Mühakimə olunanlar kürsüsündə onunla yanaşı, qətldə iştirakı ehtimal olunan daha bir şəxs – sifarişçi, iş adamı Marian Koçner və sifarişçi ilə qatillər arasında əlaqə yaradan qadın da əyləşirlər.

Qeyd edək ki, İtaliyanın mafiya klanlarının Slovakiyada hökumət dairələri ilə mümkün əlaqələri barədə araşdırmalar aparan Y.Kuçiak 2018-ci il fevralın 21-də qətlə yetirilib. Hadisədən sonra ölkədə geniş etiraz dalğaları başlayıb və Baş Nazir Robert Fitso, eləcə də bir neçə nazir istefa verməyə məcbur olub.

Cinayət işi üzrə məhkəmə prosesi Bratislavanın yaxınlığındakı Pezinok şəhərində aparılır./azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar