Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayev məhkəmədə ağladı, alman hökumətindən kömək istədi: “Məni öldürmək istəyirlər”

Tarix: 07-01-2020 22:46     Baxış: 3248 A- / A+
Hüseyn Abdullayev məhkəmədə ağladı, alman hökumətindən kömək istədi: “Məni öldürmək istəyirlər”

Almaniyada sığınacaq alsa da, Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilən və burada 6 il həbs cəzası alan keçmiş deputat Hüseyn Abdullayev, onunla birlikdə mühakimə olunub cərimələnən anası Zeynəb Abdullayeva bu hökmdən şikayət veriblər. Onların şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Manevr.az xəbər verir ki, yanvarın 7-də məhkəmədə hakim çıxış üçün Zeynəb Abdullayevaya söz verib. O, səhhətində problem olduğunu, bu üzdən çıxış edə bilməyəcəyini söyləyib. Zeynəb Abdullayeva məhkəmədən vaxt istəyib.

Hakimlər onun istəyilə məhkəməni yanvarın 14-nə qədər təxirə salıb.

Bu zaman Hüseyn Abdullayev məhkəmə zalında olan Almaniya səfirliyinin əməkdaşlarına üz tutaraq, alman hökumətindən yardım istəyib. O bildirib ki, hüquqları pozulur, həyatı təhlükə altındadır: “Xahiş edirəm, alman hökuməti mənim işimə biganə qalmasın. Mənə kömək edin. Həyatıma təhlükə var, məni öldürəcəklər...”

Keçmiş deputat Almaniya hökumətinə müraciət edərkən ağlayıb.

H.Abdullayev ötən ilin aprelində İstanbulda saxlanılaraq, Azərbaycana təhvil verilib. O, hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılması, dələduzluq, vergidən yayınma ittihamlarıyla təqsirli bilinib və 6 il azadlıqdan məhrum edilib.

H.Abdullayev ittihamları rədd edir, tənqidi fikirlərinə görə ondan qisas almaq, əmlaklarını mənimsəmək məqsədilə həbs olunduğunu bildirir.

Oğlu ilə birlikdə mühakimə olunan Z.Abdullayevaya isə 4 min manat cərimə cəzası kəsilib. O, ölkədən çıxışına qadağa qoyulduğu üçün bacısının pasportu ilə xaricə gedib-gəldiyinə görə sərhədi qanunsuz keçməkdə təqsirli bilinib. Lakin Z.Abdullayeva həm sərhədi qanunsuz keçmə, həm də digər ittihamları rədd edir.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmış, daha sonra həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

H.Abdullayev 2012-ci ildə ölkəni tərk edərək, Almaniyada sığınacaq almışdı.bizimyol.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar