Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Rabitə işi"nin məhkəməsi - “Əli Abbasov tapşırıq verdi ki, oğurluğun qarşısını al”

Tarix: 23-12-2016 14:41     Baxış: 4256 A- / A+
"Rabitə işi"nin məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib.

"A.K.E.Y" MMC-nin baş mühasibi Nigar Əlizadə deyib ki, "Cartburg" şirkəti ilə müqavilələri olub və aylıq 10 min dollar onlara pul köçürülüb: "Ofisimizdə MTN-ə aid avadanlıqlar var idi. Mənə bağlı paketdə əldən-ələ pul verilirdi, mən də şirkətimizin rəhbəri Ayaz Kərimova verirdim".

Xatırladaq ki, "Cartburg" şirkəti sabiq MTN naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun olub.

Sabunçu Telefon qovşağının rəisi Nəriman Salmanov deyib ki, kotirovka və tenderlər formal xarakterli idi:" İdarənin baş direktoru tapşırıq verirdi, konkret olaraq bu şirkətlər qalib gəlirdi. Ayrılan puldan bizə də 2.5 faiz verilirdi. Göndərilən pullar işçilərə paylanılırdı, bəzilərinə də telefon alıb verirdik. Maaşdan əlavə 300-500 manat da mənə qalırdı, elə ay da olurdu 2500. Beytulla Hüseynov direktor təyin olunmadan əvvəl tenderlər qanuni keçirilirdi".

N.Salmanovun ifadəsində ziddiyyət olduğu üçün istintaqa ifadəsi elan olunub. Deyib ki, Beytulla Hüseynov onlara əlavə olaraq ayda 1200 dollar pul verib: "Baş mühasib Anar Mustafayev tikinti materiallarının qiymətlərini şişirdirdi, amma bu bizim səlahiyyətimiz deyildi".

"Azİntelekom"un şöbə rəisi müavini Dilbər Şükürzadə deyib ki, "Cartburg" şirkəti ilə müqavilə nazirlikdən verilən tapşırıq əsasında bağlanılıb.

Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev deyib ki, müdiri onun ailə vəziyyətini yaxşılaşdırmaq üçün adına "P.L.Z" şirkətini açıb.

Dövlət ittihamçısı Fərid Nağıyev şirkətin adının niyə məhz belə olduğunu soruşub. V.Zeynalov özü həmin hərflərin övladlarının adının baş hərfləri olduğunu deyib.

"AzİnTelekom"un əməkdaşı Nəsimi Musayev maaşdan əlavə ayda 1000 manat, ümumi olaraq 81 min manat pul aldığını deyib.

"AzİnTelekom"un əməkdaşı Müzəffər Rüstəmov deyib ki, beynəlxalq trafikdə "Rostelekom"un imkanları geniş, "Cartburg"da isə məhdud olub:"Nazirlikdən protokol qərar qəbul edilmişdi, onun əsasında "Cartburg"la müqavilə imzaladıq".

"AzİnTelekom"un sabiq rəhbəri Cəlil Cəfərov niyə "Rostelekom"un yox, "Cartburg" şirkətinin seçilməsinə aydınlıq gətirib: "Əli Abbasov şəxsən mənə tapşırıq verdi ki, nə edirsən et, trafik oğurluğunun, "simboks"ların qarşısını al. Qırğızıstanda buna görə trafik sıfıra düşmüşdü. Biz "Rostelekom"a yazıb göndərdik ki, filan qədər trafik ver, həmin trafiki yığa bilmədilər. Bundan sonra Əli Abbasov məni çağırıb Ayaz Kərimovla tanış etdi və trafiklə bağlı bundan sonra "Cartburg" şirkəti ilə işləyəcəyimizi dedi. Nazir dedi ki, onlar trafiki yığıb bizə verə biləcəklər".

Məhkəmə prosesi dekabrın 28-də davam etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar