Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qızını “cin” bilib öldürdü - ŞƏKİL

Tarix: 28-12-2019 18:45     Baxış: 5185 A- / A+
Qızını “cin” bilib öldürdü - ŞƏKİL


Türkiyənin Osmaniyə rayonunda kişi qızını öldürüb.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Yunus Əmrə Məhəlləsində 65 yaşındakı İsmayıl Kaya ona səhər yeməyi hazırlayan qızını silahla vurub.

Silah səsinə gələn qonşular hadisəni polisə xəbər veriblər.

Xəstəxanaya çatdırılan 23 yaşlı iki uşaq anası Tuğba Kaya həkimlərin müdaxiləsinə baxmayaraq ölüb.

Hadisəni törədən İ.Kaya cinayət işlətdiyi silahla polis idarəsinə gedib və "Mən insan qılığına girən cin öldürdüm", - deyərək təslim olub.

İddiaya görə, heyvandarlıqla məşğul olan İ.Kaya tarlada gəzəndə ayağı palçığa batıb.

Evə üstü palçıqlı vəziyyətdə gələn şəxs tanışına bostanda cin gördüyünü və onu silahla vuracağını deyib.

Silah götürüb bostana qayıdan İ.Kaya havaya 15 atəş açıb.

Evə qayıdıb yenidən silahını güllə ilə dolduran kişi qonşuluqda yaşayan və atasına nahar hazırlayan qızının başına güllə vuraraq evdən çıxıb.

Nəzarətə götürülən Kaya qohumlarına "Mən qızımı vurmadım, mənim vurduğum kişi idi", - deyərək qızını öldürdüyünü qəbul etməyib.

Qızını “cin” bilib öldürdü - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar