Xəbər lenti
Azərbaycanda ŞOK HADİSƏ: polis saxladığı şəxs özünü bıçaqladı, maşınından isə elə şeylər çıxdı ki...

Ağcabədi rayonunda yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib.
O və sərnişini, kənd sakini C.Rəfiyev tabeçilik göstərmədiklərindən hadisə yerinə PPXB-nin əməkdaşları çağırılıb. Bu zaman C.Rəfiyev özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz edən xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron, habelə nəqliyyat vasitəsinin yük yerində ona aid 1 ədəd dövlət qeydiyyat nişanı aşkar edilərək götürülmüş, digər dövlət qeydiyyat nişanının isə evdə olması bildirilib.
C.Rəfiyev xəstəxanaya yerləşdirilib.
S.Xanalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































