Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda əli bıçaqlı maskalı şəxs həkimin evinə basqın etdi: xanımı və 1 azyaşlı övladını...

Tarix: 07-11-2019 10:03     Baxış: 4297 A- / A+
Azərbaycanda əli bıçaqlı maskalı şəxs həkimin evinə basqın etdi: xanımı və 1 azyaşlı övladını...


Xaçmazda quldurluq faktı qeydə alınıb.

Manevr.az-ın məlumatına görə, hadisə dünən axşam saat 20 radələrində Xaçmaz rayonu Hülövlü kəndində baş verib. Belə ki, kənd sakini, həmin kəntdə diş həkimi işləyən 1984-cü il təvəllüdlü Balayev Rəşad Tofiq oğlunun həyətinə üzü maskalı şəxs daxil olaraq ondan pul tələb edib.

Məlumat əsasında rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, fotoşəkillər çəkib və həyətdə quraşdırılan kameralardan video görüntülər götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Rəşad Balayev dünən saat 20 radələrində valideynləri, həyat yoldaşı və 1 azyaşlı övladı ilə birgə həyətə çıxan zaman, pilləkənin altında gizlənən üzü maskalı, əlində bıçaq olan şəxs onun qarşısına çıxaraq pul tələb edib. Bu vaxt Rəşad Balayev həmin şəxslə əlbəyaxa olarkən yerə yıxılıb və dərhal ayağa qalxaraq, köməyə adam çağırdığı üçün maskalı şəxs hasardan tullanaraq qaçıb gedib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxsin Xaçmaz rayon Hülövlü kənd sakini Nizamov Tamerlan Eynulla oğlu olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Tamerlan Nizamov dindirmə zamanı cinayət əməlini tam təfərrüatı ilə etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılıb.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar