Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xaçmazda QANLI OLAY: Keçmiş arvadının başqa şəxslə evlənmək istədiyini bilib...

Tarix: 24-10-2019 11:01     Baxış: 4159 A- / A+
Xaçmazda QANLI OLAY: Keçmiş arvadının başqa şəxslə evlənmək istədiyini bilib...


Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirən şəxs polisə könüllü təslim olub.

Manevr.az unikal.org-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 11:30 radələrində rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səfər Qurbanov əvvəllər Gülyanə Qədirova ilə evli olub, 2017-ci ildə boşanıb, sonra ikinci dəfə ailə qurub.

S.Qurbanov son vaxtlar keçmiş arvadının başqa şəxslə evlənmək istədiyi barədə şayiələr eşidib və o, məsələyə aydınlıq gətirmək məqsədi ilə keçmiş qayınatası Əlihüseyn Qədirovun yaşadığı evə gedib. S.Qurbanov Ə.Qədirovu çölə çağırıb, darvazanın qarşısında keçmiş həyat yoldaşı barədə eşitdiklərini ondan soruşub. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb və S.Qurbanov özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına 7 zərbə endirərək onu qətlə yetirib.

S.Qurbanov hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub, əməlini etiraf edib və cinayət aləti olan bıçağı təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar