Xəbər lenti
Sabiq məmur məhkəməyə həkim nəzarətində gətirildi

“Binəqədi işi” üzrə prosesdə iştirak edən vəkillərdən Vəkillər Kollegiyasına şikayət ediləcək
Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesə Binəqədi rayon icra hakimiyyəti başçısının sabiq birinci müavini Q.Novruzov məhkəməyə həkim nəzarəti ilə gətirilib. Daha sonra iclasda təqsirləndirilən U.Bəşirovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi elan olunub.
Hakim bildirib ki, ötən prosesdə Ə.Əsgərovun müdafiəçisi Elvin Səlimov da məhkəməyə gəlmədiyi üçün hər iki vəkilin barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət olunacaq.
Prosedə saat 17:30-a qədər fasilə elan olunsa da, vəkil C. Rzazadənin məhkəməyə gəlməməsi səbəbilə yenidən dekabrın 15-nə qədər təxirə salınıb.
Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar