Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: “Qatili evdən qovmuşdum” - REPORTAJ

Tarix: 17-10-2019 11:17     Baxış: 4175 A- / A+
Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: “Qatili evdən qovmuşdum” - REPORTAJ



Binəqədidə törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.


"Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi".

Manevr.az xəbər verir ki, bu sözləri hadisə yerində olan lent.az -ın əməkdaşına mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib. Danışarkən göz yaşlarını saxlaya bilməyən Rahib İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi:

"Bacım onunla heç bir il deyildi ki, evli idi. Vaqif evsiz, işsiz bir adamdı. Biz Qərbi Azərbaycanlıyıq, onlar əslən Bərdə rayonundandır. Bu gördüyünüz həyətdə 2 otaqlı 2 evim var. Birini kirayə verirdim. Bacımgilin evləri yox idi deyə, dedim yazıqdılar gəlib qalsınlar. Nə bilərdik belə olacağını?! Vaqifin hər gün içib evə gəldiyini öyrənəndə isə onu evdən qovdum. Son vaxtlar burada bizimlə yaşamırdı. Arabir bacıma hədə qorxu gəlirmiş ki, barışsınlar. Dünən də mən evdə olmamışam. Gəlib bacımı da öldürüb, anamı da. Bundan ürəyi soyumayıb meyitləri də yandırıb. Səs-küyə eyni həyətdə qalan bibimgil gəlib".

Bu sözləri deyib bitirdikdən sonra Rahib İsmayılov əlini üzünə tutaraq ağlamağa başladı: “Hələ dəfn edilməyiblər, hazırda məsciddə yuyulur”.

Qardaşın dediyinə görə hələ ki, kürəkən tərəfin ailəsindən heç kim onlara gəlməyib.

Xatırladaq ki, hadisə dünən axşam Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib. 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini-qaynanasını bıçaqlayıb. Qətli törədən şəxs hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özünü isə qaçarkən Azaqdlıq prospektində avtobus vurub. Vaqif Hüseynov 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Manevr.az

Bakıdakı dəhşətli qətlin ŞOK DETALLARI: “Qatili evdən qovmuşdum” - REPORTAJ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar