Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ata bağlanıb sürüdülən qadının videosu yayıldı

Tarix: 10-10-2019 15:45     Baxış: 2505 A- / A+
Ata bağlanıb sürüdülən qadının videosu yayıldı


Goranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.

Manevr.az xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov oxu.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:

"Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.

Bu zaman səs-küyə qonşular gəlib və qadını onların əllərindən alıblar. Sahilə Ələkbərova hazırda xəstəxanadadır”.

Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramovun sözlərinə görə, hadisə barədə ona qonşuları məlumat verib:

"Qonşu mənə zəng etdi ki, yoldaşın ölür, gəl. Getdim ki, qonşular arvadımı onların əlindən xilas edib. At küçədə otlayırmış, həyat yoldaşım onu gətirməyə gedirmiş. Bu zaman qonşu atı öz həyətlərinə salıb.

Daha sonra atın ipini yoldaşımın əlinə dolayıblar. Anası əlindən tutub, oğlu və qızı ağacla döyüblər. Bizim onlarla 6-7 ildir ki, münasibətimiz yoxdur”.

X.Bayramov qeyd edib ki, həyat yoldaşı ilə yanaşı, oğlu da döyülüb:

"Uşağımın da qolundan vurublar”.

Döyülən Sahilə Ələkbərova isə bildirib ki, səhər tezdən atı gətirmək üçün gedib və o zaman döyülüb:

"Atı gətirmək üçün gedəndə gördülər, mən gəlirəm, atı içəri saldılar və mənə hücum etdilər. Yıxdılar məni və əllərimi bağlayıb, döydülər. Qonşular səsə gəlib, məni əllərindən aldı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar