Xəbər lenti
Polisin ölümlə hədələnməsi ilə bağlı CİNAYƏT İŞİ başlandı

Kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Facebook sosial şəbəkəsində "Evez VAhidoviç" adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin daxil olan birgə məlumatına görə, "Evez VAhidoviç" adlı sosial şəbəkə istifadəçisi Facebook sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.
Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar