Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb

Tarix: 09-08-2019 21:13     Baxış: 6195 A- / A+
Bərdədə ahıl kişilər bir-birini bıçaqlayıb



Bərdə rayonunda bıçaqlanma olub.


Manevr.az -ın məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1953-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov mübahisə ediblər. Mübahisə zəminində hər iki tərəf evdən götürdükləri mətbəx bıçağı ilə bir-birini bıçaqlayıblar.

Hər iki şəxs qarın və bud nahiyələrindən bir neçə bıçaq zərbəsi alıb. Hadisə zamanı hər iki ahıl kişi çoxlu qan itirib və huşsuz vəziyyətdə yerə yıxılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və rayonun Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kənd sakinləri bildirib ki, mübahisə Ş.Səlimovun mal-qarasının E.Qasımovun bağına ziyan verməsinə görə olub. Hər iki şəxs cərrahiyyə əməliyyatı olunub və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb."report"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar