Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

12 nəfəri aldadan qadına hökm oxundu - BAKIDA

Tarix: 07-12-2016 10:39     Baxış: 3186 A- / A+
12 nəfəri aldadan qadına hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Gülməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Mətanət Gülməmmədova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq yolu ilə 12 vətəndaşa qarşı külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunmuş, 1964-cü il təvəllüdlü Gülməmmədova Mətanət İnqilab qızı həbs edilib.

Məlum olub ki, təqsirləndirilən şəxs faizlə pul vermək adı ilə vətəndaşları aldadıb. Verdiyi borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adına keçirib.

Zərərçəkmiş Səkinə Sadıxovanın təxminən 300 min manat olan obyekti mənimsənilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar