Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əməliyyatda səhlənkarlıq edən həkimlə bağlı - Qərar

Tarix: 02-08-2019 15:30     Baxış: 3149 A- / A+
Əməliyyatda səhlənkarlıq edən həkimlə bağlı - Qərar

Balakəndə səhlənkarlıqda təqsirləndirilən Nərgiz Bicilovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az xəbər verir ki, Nərgiz Bicilova Balakən rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloq vəzifəsində işləyərkən Nərmin Məmmədovanı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edib.

Əməliyyatdan sonra həkim qarın boşluğunu lazımi qaydada təftiş etməyib. Qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq qarnın ön divarlarını qat-qat tikib.

Qarın boşluğunda uzun müddət yad cismin qalması Nərmin Məmmədovada ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə səbəb olub.

Daha sonra Nərmin Məmmədova Zaqatala Müalicə Diaqnostika Mərkəzinə müraciət edib və orada təkrar cərrahiyyə əməliyyatına məruz qalıb.

Əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülüb.

Nərminə Məmmədovanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında Nərgiz Bicilova barəsində Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Balakən rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Nərgiz Bicilova 2 il müddətinə şərti cəza alıb.

Hökmdən narazı qalan həkim və zərərçəkmiş apelyasiya şikayəti verib. Nərgiz Bicilova barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş isə onun daha ağır cəza almasını xahiş edib.

Şəki Apelyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Daha sonra hər iki tərəf kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nərgiz Bicilova və zərərçəkmiş Nərmin Məmmədovanın kassasiya şikayəti təmin edilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar