Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ – Səbəbsiz yerə öldürdü

Tarix: 24-07-2019 13:20     Baxış: 3131 A- / A+
Azərbaycanda kafedə DƏHŞƏTLİ HADİSƏ – Səbəbsiz yerə öldürdü

Quba rayonunda qətl törədilib.

Manevr.az xəbər verir ki, iyulun 22-də saat 23 radələrində Quba rayonunun Aşağı-Atuc kəndi ərazisindəki kafelərdən birinin qarşısından Aşağı-Xuc kənd sakini Babək Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Quba RPŞ və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş C.Əhmədxanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, araşdırma aparılır.

İlkin araşdırmalar zamanı məlum olub ki, C.Əhmədxanov dostu ilə kafedə xeyli vaxt oturub. Kafe sahibi ona xeyli vaxtdır yeri məşğul etdiyini deyib və masanı boşaltmasını xahiş edib. Lakin C.Əhmədxanov kafe sahibinin sözünə əməl etməyib və onunla mübahisə etməyə başlayıb. Bu zaman digər masada olan 30 yaşlı Babək həmin şəxsə sakit olmasını bildirib. Daha əvvəl də həbsxana həyatı yaşamış Əhmədxanov Babəkin sözünə əsəbiləşib və onunla dava etməyə başlayıb. O, üzərində gəzdirdiyi bıçaqla kafe sahibini müdafiə edən şəxsə ağır xəsarət yetirərək onu qətlə yetirib.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar