Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda gənc qız atasının qanını tökdü: "Gecə evə gəlib..." - Təfərrüat

Tarix: 20-06-2019 14:02     Baxış: 4111 A- / A+
Bakıda gənc qız atasının qanını tökdü: "Gecə evə gəlib..." - Təfərrüat



Bakıda sərxoş atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Cinayət işi üzrə material Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu il fevralın 20-də gecə saatlarında paytaxtın Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib.

49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, İlham Hüseynovu qızı Günel Hüseynova bıçaqlayıb. Şübhəli şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən saxlanılıb. İstintaq dindirilməsi zamanı Günel Hüseynova əməlini etiraf edib, deyib ki, atasını vurmaq niyyəti olmayıb, ancaq buna vadar olub.

İlham Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. O, fevralın 20-də gecə saatlarında yenidən sərxoş vəziyyətdə evinə gəlib və ailəsinə qarşı amansızlıq edib.

Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar