Xəbər lenti
Bakıda sahibkarı güllələyən “Hozu” "Vinçester"lə tutuldu

Bakıda bir neçə gün öncə yeznəsini güllələyən şəxs tutulub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, qətl törədərən hadisə yerindən qaçan və 4 gün gizlənən "Hozu" ləqəbli Rauf Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi "Vinçester" markalı silah da üzərində olub və ondan götürülüb.
Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Mərhum R.Məmmədovun 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar