Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub

Tarix: 11-06-2019 11:32     Baxış: 4138 A- / A+
Xəstəxanadakı tükürpədən qətlin təfərrüatı: Qısqanclıq üstündə olub


İyunun 10-da Bakıda xəstəxanada törədilmiş qətlin bəzi təfərrüatı məlum olub.

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, qətlə yetirilmiş 41 yaşlı İbrahimova Xavər Arif qızı Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qeydiyyatçı işləyib.

Qeyd edək ki, bazar ertəsi 09:10 radələrində Şərifzadə küçəsində yerləşən adıçəkilən müəssisənin həyətində 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu vətəndaş nikahında olduğu həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının sinə və boğaz nayihəsinə iki bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən keçinib.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin dindirilməsi zamanı saxlanılan şəxs son zamanlar onu qısqandığını etiraf edib. İyunun 10-da əlinə bıçaq alaraq, qadını Elmi Cərrahiyə Mərkəzinin həyətində gözləyib, onu görən kimi hücum edərək, boğazını kəsib.

Fakt üzrə qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.

Qeyd edək ki, iyunun əvvəlindən bəri Bakıda altı qətl hadisəsi qeydə alınıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar