Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Abituriyent" jurnalı piratçılardan 2 milyon manat tələb edir - məhkəmə işi

Tarix: 07-06-2019 19:12     Baxış: 3163 A- / A+
"Abituriyent" jurnalı piratçılardan 2 milyon manat tələb edir - məhkəmə işi

Ölkəyə qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında "Abituriyent" jurnalının nümayəndəsi məhkəməyə vəsatət təqdim edib. Nümayəndə bildirib ki, adıçəkilən şəxslərin cinayət əməlləri nəticəsində "Abituriyent" jurnalına milyonlarla manat zərər dəyib. Nümayəndə təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia qaldırıb.

"Məhkəmə istintaqı dövründə mülki iddianı artırmaq hüququmuz var. Həmçinin "Abituriyent" jurnalının redaksiyasına vurulmuş zərəri sübut edəcək sənədləri də məhkəməyə təqdim edəcəyik" - deyə nümayəndə bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddianın təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti icraata qəbul edib.

Prosesin davamında zərərçəkmiş tərəfin nümayəndəsi təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulmasını da istəyib. Məhkəmə bu vəsatəti təmin etməyib. Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib. Belə ki, orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib. Bundan başqa həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan edilməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.

Bu əməllərinə görə dəstə üzvləri Şahmar Abdullayevə, Ş.Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb. M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X.Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar