Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum edib - Məhkəmədə qalmaqal

Tarix: 28-11-2016 12:09     Baxış: 4314 A- / A+
Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum edib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamadan öncə V.Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum edib.

Sabiq aparat rəhbərinin vəkili məhkəmə prosesindən yazan media əhlini “şərəfsiz”, “əxlaqsız” adlandırıb.

E.Süleymanov müdafiə etdiyi şəxs barəsində tərtib olunan ittiham aktına istinadən məlumat yayılmamasını istəyib və jurnalistlərə əl qaldırmağa cəhd edib.

Digər vəkillərin və məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə vəkil E.Süleymanov oradan uzaqlaşdırılıb.

Bundan sonra məhkəmə prosesi başlayıb, dövlət ittihamçısı Fərid Nağıyev sabiq aparat rəhbəri V.Zeynalovun vəkilinin yayılmasını istəmədiyi ittiham aktını elan edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar