Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanı dəhşətə salan başkəsən qadından – ŞOK açıqlamalar - FOTO - VİDEO

Tarix: 25-11-2016 15:28     Baxış: 4220 A- / A+
Rusiyanı dəhşətə salan başkəsən qadından


Moskva şəhər, Xoroşevski rayon məhkəməsi 4 yaşı qızı öldürməkdə ittiham olunan Özbəkistan vətəndaşı 39 yaşlı Gülçöhrə Bobokulovanın cinayət məsuliyyətindən azad edilərək məcburi psixiatrik müalicəyə cəlb olunmasına dair qərar qəbul edib. Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Bobokulova intensiv müşahidə altında olmaqla stasionar psixiatrik müəssisəyə göndərilib.

Məhkəmə cinayət vaxtı evdən 6 milyon rubldan çox pulun oğurlanması ilə bağlı məsələyə baxmaqdan imtina edib. Zərərçəkmişlərə bununla bağlı mülki məhkəməyə müraciət etmək tövsiyə olunub.

Qeyd edək ki, səs-küylü cinayət hadisəsi bu il fevralın 29-da baş verib. İttiham aktına görə, 4 yaşlı əlil uşağa dayəlik edən G.Bobokulova uşağın valideynlərinin evdən getməsini gözləyib. Sonra o, dayəlik etdiyi uşağı qətlə yetirib, evi yandırıb və gizlənib. Elə həmin gün polis əməkdaşları onu “Oktyabr meydanı” metrosunun yaxınlığında həbs ediblər. Şahidlərin sözlərinə görə, Bobokulova əlində öldürdüyü uşağın başı ilə metro həndəvərində xeyli var-gəl edib.

Aparılmış kompleks psixoloji-psixiatrik ekspertiza nəticəsində müttəhimin xroniki psixi pozuntudan əziyyət çəkdiyi məlum olub. Bobokulovanın həbsindən sonra onun vətənində bir dəfə də olsun müalilcə kursu keçmədiyi də üzə çıxıb. Onun tibbi xarakterli məcburi müalicəyə cəlb olunması və psixiatrik xəstəxanaya yerləşdirilməsi məsələsi məhkəmənin gedişi zamanı prokuror tərəfindən qaldırılıb.

G.Bobokulova dindirilmə zamanı rusiyalı uşağı öldürməsini Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarla əlaqələndirib. İslam inanclı Bobokulova deyib: “Mən qisas aldım”. “Kimdən” sualına Bobokulovanın cavabı belə olub: “Kim qan tüpürürsə, ondan. Putinin təyyarələri bomba səpir, ondan. Siz niyə görə müsəlmanları bombalayırsız, niyə görə bu barədə heç kim heç nə danışmır? Onlar da yaşamaq istəyirlər, yoxsa yox? Baxın, balaca-balaca uşaqlardır. Ona görə də mən onu öldürdüm, qisas aldım. Allah mənə dedi; qalx, mən səninləyəm, kim səni öldürürsə, sən də onları öldür. Mənim üç oğlum var, gedin Özbəkistana, siz də onları öldürün. Onlar mənə lazım deyil”.

G.Bobokulova dindirilmə zamanı Suriyaya gedib orda yaşamaq istədiyini də bildirib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar