Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayevin anasının başqa pasportla Azərbaycandan çıxdığı məlum OLDU

Tarix: 09-04-2019 20:24     Baxış: 3451 A- / A+
Hüseyn Abdullayevin anasının başqa pasportla Azərbaycandan çıxdığı məlum OLDU

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Manevr.az-ın xəbərinə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, H.Abdullayevin anası Zeynəb Abdullayeva bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və sonra geri qayıdıb. İttihama görə, Dövlət Sərhəd Xidmətinin keçmiş əməkdaşları rüşvət müqabilində Z.Abdullayevanın başqasının pasportu ilə ölkəni tərk etməsinə şərait yaratmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. H.Abdullayev də daxil olmaqla, təqsirləndirilən şəxslər elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Sonra təqsirləndirilən Nazim Əliyev ifadə verib. O deyib ki, taksi fəaliyyəti göstərir və Z.Abdullayevanı da sərnişin kimi Balakənə aparıb: "Onun hansı məqsədlə getdiyini bilməmişəm".

Proses aprelin 18-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci (qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq, 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar