Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Terrora çağırış edən azərbaycanlı İŞİD-çilər bəraət istəyir – Şikayət

Tarix: 21-03-2019 12:35     Baxış: 3304 A- / A+
Terrora çağırış edən azərbaycanlı İŞİD-çilər bəraət istəyir

İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev məhkəmə hökmündən apelyasiya şikayəti veriblər.

Manevr.az xəbər verir ki, hər üç təqsirləndirilən şəxs günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Onların şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə ilkin dinləmə olub.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı martın 28-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar.

Ölkə ərazisində olarkən həbs ediliblər.

Bundan başqa, istintaq sənədlərinə görə, Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbacanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar