Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Biləsuvarda təqaüdçülərin pulunu mənimsəyən şəxs SAXLANILDI

Tarix: 07-03-2019 18:39     Baxış: 3206 A- / A+
Biləsuvarda təqaüdçülərin pulunu mənimsəyən şəxs SAXLANILDI

Biləsuvar rayonunda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb.

Bu barədə unikal.org-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Biləsuvar rayonunun Nərimankənd kənd sakini T. İsayev rayon polis şöbəsinə müraciət edərək martın 5-də rayon ərazisində yerləşən bankomatlardan birinə təqaüdünü almaq üçün yaxınlaşdığını deyib. Yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə faktı törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Onun əvvəllər də eyni əmələ görə məhkum olunmuş İlqar Eminov olduğu məlum olub. Araşdırmalarla İ.Eminovun eyni yolla daha iki rayon sakini olan təqaüdçünün, ümumilikdə, 185 manat pulunu mənimsədiyi aşkar edilib. İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 xidməti - Zəng mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar