Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Telman İsmayılovun qardaşı həbs edildi - Dəhşətli cinayətin təfərrüatları

Tarix: 21-11-2016 11:16     Baxış: 3220 A- / A+
Telman İsmayılovun qardaşı həbs edildi


Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki rusiyalı iş adamını öldürtməkdə təqsirli bilinir.

Rafiq İsmayılov rusiyalı biznesmenler Vladimr Savkin və Yuri Brilevin öldürülüməsində günahlandırılır. Hüquq-mühafizə orqanları Rafiq İsmayılovun bu cinayət əməllərini məhz biznes maraqları üstündə törətdiyini düşünür.

Araşdırmalar nəticəsində məlum olub ki, Rafiq İsmayılov, bir neçə ay bundan əvvəl həbs edilmiş killer Mehman Kərimovu cinayət törədilən əraziyə gətirib. Milyarder Telman Ismayılovun qardaşı killeri görüş yerinə öz oğlu Raul İsmayılovun “mercedec” markalı avtomobilində gətirib.

Həbs edilmiş killer Mehman Kərimov mərhum biznesmen Vladimr Savkini görüşə çağırır, Savkin təsadüf nəticəsində görüş yerinə “Lyublina Motors” şirkətinin sahibi Yuriy Brilevlə gəlir. Görüşün təyin edildiyi vaxta bir neçə dəqiqə qalmış Telman Ismayılovun qardaşı oğlu Raul öz avtomibilində ora yaxınlaşır. Ətrafdakı müşahidə kamerlarından müəyyən edilib ki, avtomobildə Raul İsmayılovla yanaşı, atası Rafiq İsmayılov, killer Mehman Kərimov da olub. Raul İsmayılov avtomobilini bir az kənarda saxlayıb. Mehman Kərimov Vladimr Savkina tək yaxınlaşıb, qısa söhbətdən sonra onun “Toyota- Land Cruser” avtomobilinə əyləşərək uzaqlaşıblar. Raul və Rafiq İsmayılovlar da avtomobili onların arxasınca sürüblər.

Valdimr Savkinin və Yuriy Brilevin güllələnmiş cəsədləri “Toyota- Land Cruser” avtomobilində, görüş yerindən bir neçə kilometr aralıda tapılıb. Hər iki şəxs başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişiblər.

Hadisəni törətmiş Mehman Kərimov bütün günahı öz üzərinə götürərək, istintaqa mərhumun ona 500 min dollar borclu olduğunu, buna görə də onu öldürdüyünü bəyan edib. Amma daha sonra Moskva milisi telefon danışıqlarını araşdıraraq cinayətkarın cinayəti törətdiyi 16 may tarixində dəfələrlə Rafiq İsmayılovla telefon əlaqəsi yaratdığını üzə çıxarıb.

Mərhum iş adamı Vladimr Savkin və azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Moskvada ən iri ticarət mərkəzlərindən birinin sahibi, şərik olublar. Rafiq İsmayılov öz biznesini sataraq bütün pulları özünə götürüb. O, mərhum Vladimr Savkinə bir neçə milyon dollar borclu imiş. Savkin pulunu almağa çalışırmış. Mehman Kərimov da bu məsələdə danışıqlar apar tərəf olub.

Hazırda həbs olunan Rafiq İsmayılov cinayət törədilən zaman həmin ərazidə olduğunu etiraf etsə də, cinayətlə heç bir əlaqəsinin olmadığını iddia edir.AzNews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar