Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş məhkum Çexiya istehsallı silahla yaxalandı - Bakıda polis əməliyyatı

Tarix: 23-02-2019 18:49     Baxış: 2240 A- / A+
Keçmiş məhkum Çexiya istehsallı silahla yaxalandı - Bakıda polis əməliyyatı


Bakıda üzərində qanunsuz tapança gəzdirən şəxs saxlanılıb.


DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan "Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı 5-ci polis bölməsində H.Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar