Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şirkət rəhbəri ilə bağlı iddia: "İntihar etməyib, öldürülüb"

Tarix: 14-01-2019 19:23     Baxış: 4215 A- / A+
Şirkət rəhbəri ilə bağlı iddia: "İntihar etməyib, öldürülüb"


"İrşad” Telekomun ötən il gənc yaşında dünyasını dəyişən təsisçisi və rəhbəri İrad Hacıyevin ölümü işi ilə bağlı qəbul edilən qərar ailənin narahatlığına səbəb olub.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, İ.Hacıyevin yaxın qohumu Mətanət Əzizova onun ölümünün intihar kimi qiymətləndirilməsinə etiraz edib. Hacıyevin əmisi qızı bildirib ki, iş adamının ölümü yenidən araşdırılmalıdır. O iddia edib ki, Hacıyevi öldürüblər:

"İrad Hacıyev əmim oğludur. "İrşad” Telekomun təsisçisi və rəhbəri idi. Ayrı uğurlu biznesləri də var idi. Son vaxtlar anasının sağlamlığı ilə məşğul idi.

Ümumiyyətlə anasına çox bağlı idi. Ölüm günündən 2 gün sonra anasını İsrailə növbəti müayinəyə aparacaqdı. Biletləri də əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, öz sevincləri və kədərləri ilə.

Və birdən bu insan həyatdan yox oldu, 4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi. KİV-lər müxtəlif versiyalar yazdı, istintaq getdiyi üçün qohumlar susdu ki, nəyəsə mane olmayaq. Ancaq gərək susmazdıq.

Çünki İrad Hacıyev intihar etməyib, İrad Hacıyevi öldürüblər və maraqlı şəxslər bunu ört-basdır etməyə çalışır”.

M.Əzizova bildirib ki, İradın ölümü araşdırılan zaman evdən heç bir əl izi götürülməyib:

"İradın meyitini evdə tapırlar, ancaq evdə heç bir istintaq addımları atılmır, hadisə yerindən əl izləri götürmür, yaxın qohumların ifadəsi dinlənilmir, hətta yaxın qohumların onlara təqdim etdiyi versiyalar araşdırılmır.

Rəsmi sənəddə İradın ölüm səbəbi kimi intihar yazılıb. Kimlərsə maraqlı idi onun ölümündə. İradın biznesi və pulları kimə maraqlı idisə, onlar da onu öldürüb”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun 14 sentyabr tarixindəı yaşadığı evdə meyiti aşkar edilib. Onun intihar etdiyi rəsmən açıqlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar