Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda güllələnən şəxslər Lotu Qulinin adamları imiş - Lənkəranski klanının intiqamı

Tarix: 04-01-2019 21:32     Baxış: 4320 A- / A+
Bakıda güllələnən şəxslər Lotu Qulinin adamları imiş -

Ötən il dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verən qanlı hadisənin yeni təfərrüatları ortaya çıxıb.

Manevr.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu cinayət hadisəsi kriminal qruplaşmalar arasında baş verən çəkişmənin nəticəsidir.

Qeyd edək ki, həmin gün Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk etmişdib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev dünyasını dəyişmiş, A.Bağırov isə yaralanmışdı.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gələrək təslim olmuş, cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirmişdi.

Son məluatlara görə, Z.İsmayılov Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının üzvüdür. Hüquq-mühafizə orqanlarından sızan məlumata görə, qətlə yetirilən Babyev isə kriminal avtoritet Lotu Qulinin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür. Babayevin İsmayılovu üzvü olduğu qruplaşmaya cəlb etmək istədiyi, ikincinin isə bundan imtina etdiyi, nəticədə onların arasında narazılıq yarandığı bildirilir. Bu narazılıqdan sonra İsmayılovun Babayevi aradan götürmək üçün sözügedən cinayətə əl atdığı ehtimal olunur.

Qeyd edək ki, Lotu Qulinin hazırda Azərbaycanda olduğu bildirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar