Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yarım tondan çox heroinə görə tutulmuşdu, azadlığa çıxdı - FOTO

Tarix: 03-01-2019 19:20     Baxış: 2176 A- / A+
Yarım tondan çox heroinə görə tutulmuşdu, azadlığa çıxdı

Yarım tondan çox heroinin dövriyyəsində təqsirləndirilən Nəsrulla Abbasov azadlığa buraxılıb.

Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

O bildirib ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin istintaq orqanının N.Abbasovun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatı Yasamal rayon məhkəməsinin hakimi Hüseyin Səfərov təmin etməyib və N.Abbasov azadlığa çıxıb. Bu gün isə DGK-nin həmin qərardan verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim İlqar Murquzov həmkarının qərarını qüvvədə saxlayıb.

A.Qasımlı bildirib ki, N.Abbasov sadəcə İrandan Polşaya göndərilən iki şirkət arasındakı daşınmaya sürücülük edib: “TIR Astara rayonunda yerləşən gömrük keçid məntəqəsində yoxlanılarkən yüklərin arasından heroin aşkar olunub. Yükdaşımalarla bağlı beynəlxalq konvensiyaya görə sürücülər yükə müdaxilə edə bilməz, çünki bütün mallar möhürlənərək yola salınır. Yükü göndərən və qəbul edən şirkətlər də bəllidir”.

Qeyd edək ki, “AZFEM” MMC-nin işçisi, sürücüsü Nəsrulla Abbasovun idarə etdiyi və şirkətə məxsus olan “MAN” markalı 90 JP 737 10 ZH 098 dövlət qeydiyyat nişanlı avtomobilə rentgen aparatı vasitəsilə baxış keçirilib. Bu zaman yük maşınındakı malların içərisindən 500 ədəd polietilen torbalara qablaşdırılmış, ümumi çəkisi 500 kiloqram 635 qram heroin tapılıb. Bağlamalar “AZARAKSHS” yazısı olan qutuda yerləşdirilib və “odadavamlı löhvəciklər” yükü ilə birgə malın içərisinə yığılıb. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar