Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü - MƏHKƏMƏ

Tarix: 25-12-2018 17:35     Baxış: 3214 A- / A+
Üçüncü dəfə ərə getmək istəyən bacısını öldürdü - MƏHKƏMƏ

Qətldə təqsirləndirilən Elşad Davudov cəzasının azaldılması üçün Ali Məhkəməyə şikayət edib.


Manevr.az
-ın xəbərinə görə, o, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Şikayətə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il aprelin 17-də Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün Elşad Davudov bacısı Turanə Davudovanı (1982-ci il təv.) yaşadığı evdə bıçaqlayıb.

Daxil olan məlumat əsasında Nizami RPİ-nin əməkdaşları Naxçıvanski küçəsi, 2/55 ünvanında yerləşən mənzilə yollanıblar. Xəstəxanaya çatdırılan qadın orada kəskin qanitirmədən dünyasını dəyişib, Elşad Davudov həmin gün saxlanılıb və istintaqa təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 34 yaşlı Davudova Turanənin həyat yoldaşı Taleh Rəhmanov həmin il yanvarın 28-də həyətdə özünü asaraq, intihar edib.

Aydınlaşdırılıb ki, Rəhmanov mərc oyunlarına qurşanıb və “TopAz” oyunlarındakı hesablara görə kimlərəsə borcları yaranıb. Yoldaşının ölümündən sonra qadın üç övladı ilə birlikdə kirayədə yaşayıb.

İş üzrə dindirilən Elşad Davudov bildirib ki, bacısını namus üstündə qətlə yetirib. Onun sözlərinə görə, mərhum üçüncü dəfə ərə getməklə doğmalarının qəzəbinə səbəb olub, buna görə o, Turanəni cəzalandırmaq qərarına gəlib. Ayın 17-də evinə gələrək dava-dalaş salıb və bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov doqquz il müddətinə azadlıqdan məhrum edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar