Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı dostunu öldürdü - Sevdiyi qıza görə

Tarix: 24-12-2018 19:40     Baxış: 2221 A- / A+
Rusiyada azərbaycanlı dostunu öldürdü - Sevdiyi qıza görə

Rusiyanın Volqoqrad vilayətinin Kalaç-na-Don bölgəsində qətl hadisəsi baş verib.


Manevr.az
oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Volqoqrad İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin nümayəndəsi Vasili Qluxov məlumat verib.

Onun sözlərinə görə, iki dost işdən sonra içki qəbul edib və aralarında mübahisə düşüb:

"Azərbaycanlı öz dostuna sevgilisindən narazılığını bildirib. Bu zaman dostu həmin qızı təhqir edib və bildirib ki, qızların heç biri sadiq deyil. Bu zaman azərbaycanlı onunla mübahisəyə başlayıb və əlavə edib ki, onun sevgilisi belə deyil. Dostu isə həmin qızla intim əlaqədə olduğunu deyib.

Bu sözlərdən sonra qəzəblənən azərbaycanlı dostuna bıçaqla ölümcül zərbə vurub və bıçağı yuyaraq, sevdiyi qızın yanına gedib. Qız azərbaycanlını ona sadiq olduğuna və xəyanət etmədiyinə inandıra bilib. Bundan sonra binanın həyətindəki mağazaya daxil olan azərbaycanlı satıcıdan polis çağırmasını xahiş edib", - V.Qluxov deyib.

Faktla bağlı araşdırmalar davam edir. Azərbaycanlını 15 ilədək həbs cəzası gözləyir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar